linearlinear

İstifadə müqaviləsi

Mobil qurğuların enerji toplama qurğusunun qısamüddətli icarəyə alınması üçün Tezz platformasından istifadəyə dair publik müqavilə.

Bakı ş., 01.01.2026-ci il

Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-409-cu maddələrinə əsasən publik ofertadır.

Razlılıq Müqaviləsi İstifadəçi tərəfindən xidmət haqqının TEZZ Up çat-bot (WhatsApp/Telegram), QR-kodun skan edilməsi və ya digər təsdiq edilmiş əməliyyat vasitəsilə ödənilməsi yolu ilə həyata keçirilir.

  1. Ümumi müddəalar
    1. Bu müqavilə portativ akkumulyatorların (paverbankların) icarəsi xidmətlərinin təqdim edilməsi qaydasını tənzimləyir.
    2. Aksept İstifadəçinin müqavilə şərtləri ilə tam və şərtsiz razılığı deməkdir.
    3. Müqavilə elektron formada bağlanılır və imza və ya möhür tələb etmir.
    4. Xidmət haqqını ödəyərək, İstifadəçi bütün şərtlərlə tanış olduğunu və onları qəbul etdiyini təsdiq edir.
  2. Terminlər və təyinlər
  • İstifadəçi — ofertanı qəbul etmiş etmiş fiziki şəxs.
  • İcraçı:

NextTech Solutions LLC (VÖEN 1704071701 );

  • Xidmət — paverbankın icarəsi və mobil qurğuların enerji toplaması.
  • Tariflər — xidmətin TEZZ çat-botunda və/və ya ödəniş tətbiqində göstərilmiş dəyəri.
  • Geri qaytarılmama — müəyyən edilmiş icarə müddəti bitdikdən sonra paverbankın stansiyaya təhvil verilməməsi.
  1. Müqavilənin mövzusu
    1. İcraçı İstifadəçiyə paverbankın icarəsi xidmətini təqdim edir, İstifadəçi xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.
    2. Müqavilənin qəbulu xidmət haqqının ödənilməsi yolu ilə həyata keçirilir.
    3. İstifadəçi şəxsi məlumatların işlənməsinə və ödənişlərin həyata keçirilməsinə razılıq verir.
    4. Xidmət haqqının ödənilməsi müqavilənin bütün şərtləri ilə tanışlığı və onların qəbul edilməsini təsdiq edir.
    5. TEZZ xidmətindən istifadə qaydası:
  1. İstifadəçi TEZZ stansiyasında QR-kodu skan edir və TEZZ rəsmi çat-botuna keçid edir (WhatsApp və ya Telegram).
  2. Çat-botda İstifadəçi üçün ödəniş linki, icarə tarifi və şərtləri əks olunur.
  3. Ödəniş edərkən, İstifadəçi ofertanın akseptini təsdiq edir.
  4. Ödənişdən sonra sistem slotu blokdan çıxarır və paverbankı verir.
  5. İstifadədən sonra İstifadəçi qurğunu istənilən fəaliyyət göstərən TEZZ stansiyasına daxil etməklə qaytarmalıdır.
  6. İcarə yalnız pavebankın stansiyaya daxil edilməsindən və çat-botda icarənin uğurla başa çatması haqqında bildirişin alınmasından sonra başa çatmış hesab edilir.
  1. Tərəflərin hüquqları və vəzifələri
    1. İcraçı saz vəziyyətdə olan avadanlıq təqdim etməli və İstifadəçinin məlumatlarının məxfiliyinə riayət etməlidir.
    2. İstifadəçi xidmət haqqını ödəməyi, avadanlıqla qayğı ilə davranmağı və paverbankı alındığı andan 24 saat ərzində geri qaytarmağı öz öhdəsinə götürür.
    3. Qurğunun qaytarılması yalnız onun TEZZ enerji toplama stansiyasına daxil edilməsi yolu ilə həyata keçirilir. Üçüncü şəxslərə verilmə, masanın üstünə qoyulma və ya personala verilmə geri qaytarılma hesab edilmir.
    4. İcarə müqaviləsi və İstifadəçinin öhdəlikləri yalnız paverbankın stansiyaya qoyulmasından və TEZZ çat-botunda bildirişin alınmasından sonra icra olunmuş hesab edilir.
    5.  Geri qaytarılmama halında:
  • İstifadəçi TEZZ pover bankını stansiyaya geri qaytarmadığı təqdirdə, habelə itirdiyi və ya zədələdiyi halda 89 manat məbləğində vəsaiti birdəfəlik ödəniş etməlidir.
  • Poverbankın dəyəri olan 89 manat ödənilmədiyi təqdirdə, 3 gün sonra məhkəməyəqədər pretenziya (xəbərdarlıq) göndərilir;
  • 5 gün ərzində könüllü kompensasiya yolveriləndir — 89 (səksən doqquz) manat;
  • müddət bitdikdən sonra — İcraçı məhkəməyə iddia icraatı qaydasında müraciət etməkdə haqlıdır və iddia tələbləri poverbankın dəyəri olan 89 (səksən doqquz) manat pulun tələb edilməsi,  30 gündən çox olmamaq şərti ilə hər gün üçün  5 (beş)  manat məbləğində dəbbə pulunun tutulması, habelə bütün bu müddət ərzində ağlabatan məbləğdə əldən çıxmış fayda qismində əlavə zərərin tutulması, bundan başqa göstərilmiş hüquqi yardımın və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzinin tələb ediləcəkdir.
  1. Ödəniş qaydası
    1. Xidmət haqqının ödənilməsi bankın mobil tətbiqi vasitəsilə həyata keçirilir.
    2. Qiymət Tezz çat-botunda ödəniş zamanı göstərilir.
    3. Xidmət haqqının ödənilməsi İstifadəçinin müqavilə ilə nəzərdə tutulmuş məbləğlərin akseptsiz silinməsinə razılığını təsdiq edir.
    4. Oferta şərtlərini qəbul etməklə və xidmət haqqını ödəməklə İstifadəçi, icarənin uzadılmasına görə ödənilməli olan məbləğlər, avadanlığın qaytarılmadığı və ya zədələndiyi halda hesablanmış cərimələr və/və ya kompensasiyalar da daxil olmaqla, pul vəsaitinin ödəniş kartından avtomatik silinməsinə razılıq verir.
    5. Ayrı-ayrı hallarda xidmətə giriş üçün geri qaytarılan depozitin ödənilməsi tələb oluna bilər. Tətbiq edildiyi halda, depozit məbləği ödənişdən əvvəl çat-botda əks olunur. İcarə başa çatdıqdan və hesablanmış məbləğlər çıxıldıqdan sonra depozitin istifadə olunmamış hissəsi İstifadəçiyə qaytarılır.

Depozit qaydası

  1. Depozit məbləği: 5 (beş) manat
  2. Depozit avtomatik olaraq İstifadəçinin ödəniş kartından tutulur.
  3. İcarə müddəti başa çatdıqdan sonra istifadə edilmiş saatlara uyğun xidmət haqqı depozit məbləğindən silinir.
  4. Qalan depozit məbləği avtomatik olaraq İstifadəçinin kartına geri qaytarılır.

Nümunə:

  1. İstifadə müddəti 1 saat olduqda: 2 manat tutulur, 3 manat geri qaytarılır.
  2. İstifadə müddəti 2 saat olduqda: 3,5 manat tutulur, 1,5 manat geri qaytarılır.
  3. İstifadə müddəti 3 saat və daha çox olduqda: 5 manat tam istifadə edilmiş hesab olunur.
  4. Əgər depozit tutulmamışdırsa və ya texniki səbəbdən depozit tətbiq edilməyibsə, artıq tutulmuş vəsaitlər İstifadəçiyə tam şəkildə geri qaytarılır.

İstifadəçi poverbankı aldığı andan etibarən maksimum 24 saat ərzində geri qaytarmalıdır. 24 saat tamam olduqdan sonra poverbank geri qaytarılmadığı təqdirdə, qaytarılma müddətinin uzadılması 30 gündəm çox olamamaq şərti ilə gündəlik  5 (beş) manat ödəniş tutulur.

İcarə tarifi və qiymət sistemi

İcarə üçün avtomatik olaraq 5 (beş) manat depozit tutulur.

İstifadə haqqı aşağıdakı qaydada hesablanır:

  • 1-ci saat – 2 manat
  • 2-ci saat – 1,5 manat
  • 3-cü saat – 1,5 manat

3-cü saatdan sonra 24 saat ərzində əlavə icarə haqqı hesablanmır.

İstifadəçi poverbankı aldığı andan etibarən maksimum 24 saat ərzində geri qaytarmalıdır.

24 saat tamam olduqdan sonra poverbank geri qaytarılmadığı təqdirdə, qaytarılma müddətinin uzadılması üçün gündəlik  5 (beş) manat ödəniş tutulur. Xidmətdən istifadə etməklə, İstifadəçi sistemi aldatmağa, xidmətin fəaliyyətinə müdaxilə etməyə, İcraçı tərəfindən müəyyən edilmiş texniki məhdudiyyətlərin, alqoritmlərin, qoruma mexanizmlərinin və qaydaların pozulmasına və ya onlardan yan keçməyə yönəlmiş hər hansı hərəkətləri, manipulyasiyaları, sui-istifadə halları və digər qəsdən edilən əməlləri həyata keçirməməyi öhdəsinə götürür.

  1. Tərəflərin məsuliyyəti
    1. Müqavilə şərtlərinin pozulduğu halda İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır.
    2. Paverbankın vaxtında qaytarılmadığı halda, 30 (otuz) təqvim günündən çox olmamaq şərti ilə gündə 5 manat (beş) manat dəbbə pulu hesablanır.
      1. Paverbankın qaytarılması İstifadəçini qurğunun qaytarılması anınadək yarandığı halda, hesablanmış icarə haqqının, dəbbə pulunun və (və ya) kompensasiyanın ödənilməsi vəzifəsindən azad etmir.
    3. Dəbbə pulunun tutulması İcraçını real zərərlərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir
    4. Qurğunun iş qabiliyyətinin qismən və ya tam itirilməsinə gətirib çıxaran, o cümlədən, lakin bununla məhdudlaşmayaraq: korpusun çatları, batıq yerləri, zərbə izləri, açılma, nəmin düşməsi, enerji elementlərinin yanması, qurğunun konstruksiyasına müdaxilə və digər analoji qüsurlar da daxil olmaqla, istənilən mexaniki, termik və ya elektrik təsiri zədə hesab edilir.
  1. İstifadəçi tərəfindən istifadə edildikdən sonra paverbankın işləmədiyi, çatlar / batıqlar / zərbə izlərinin, açılma, müdaxilə izlərinin, nəmin düşməsinin, elementlərin yanmasının və ya digər texniki qüsurların olduğu halda, qurğu İstifadəçinin təqsiri üzündən zədələnmiş hesab edilir.
  2. Qurğunun alınması anından 10 dəqiqə ərzində istehsalat qüsurunun aşkarlandığı və çat-bot vasitəsilə bəyan edildiyi halda, İcraçı diaqnostika yerinə yetirir; zavod qüsurunun təsdiq edildiyi halda cərimələr (əvəzləmə / təkrar hesablanma) tətbiq edilmir. 10 dəqiqə bitdikdən sonra şikayət özü özlüyündə İstifadəçini məsuliyyətdən azad etmir.
  3. Normal təbii köhnəlmə zədə hesab edilmir.
    1. Kompensasiya məbləği və ödəniş qaydası (zədələnmə zamanı).
  1. İcraçı İstifadəçiyə 5 (beş) gün ərzində 89  (səksən doqquz) manat könüllü ödəniş tələbi göndərir.
  2. Kompensasiyanın ödənilməsi İstifadəçi əvvəl göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi vəzifəsindən azad etmir.
  1. Məhkəməyəqədər nizamlama qaydası
    1. Məhkəməyəqədər iddia İstifadəçiyə TEZZ çat-botu vasitəsilə göndərilir.
    2. İddianın göndərilməsi anından 5 gün ərzində ödənişin və ya cavabın daxil olmadığı halda, İcraçı məhkəməyə müraciət etmək hüququna malikdir.
  2. Mübahisələrin həlli

Bu Müqavilədən irəli gələn bütün mübahisələr ilk olaraq danışıqlar yolu ilə həll edilməli, danışıqlar nəticə vermədiyi halda isə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən həll edilir. İstifadəçi Müqaviləni təsdiq etməklə məhkəmə aidiyyatı məsələsini də qəbul etmiş olur.

 

  1. Müqaviləyə dəyişikliyin edilməsi və ləğv edilməsi
    1. İcraçı İstifadəçini dəyişikliklərin qüvvəyə minməsi tarixindən 1 gün öncə xəbərdar etməklə, müqavilə şərtlərinə dəyişiklik etmək hüququna malikdir.
    2. Razı olmadığı halda, İstifadəçi xidmətdən istifadəni dayandırmaq və İcraçını çat-bot vasitəsilə və ya yazılı formada xəbərdar etmək hüququna malikdir.
  2. Yekun müddəalar
    1. Bu oferta müqaviləsi və yaranan münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
    2. Müqavilə aksept (xidmət haqqının ödənilməsi) anından qüvvəyə minir və öhdəliklər tam icra edilənə qədər qüvvədədir.
    3. Müqavilə elektron formada tərtib edilib və imza və ya möhür tələb etmir. Xidmət haqqının ödənilməsi anından bağlanmış hesab edilir.

 

İcraçılar:

NextTech Solutions LLC – TEZZ Power ticarət nişanı

Bakı şəh. Xətai ray, Firuz Qəmbərov küç,giriş 39A

VOEN 1704071701

Sayt: www.tezz.az

Email: info@tezz.az

 

linear
linear